.jpg)
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının (DQMK) 26
sentyabr, 17 oktyabr, 4 və 14 noyabr tarixlərdə 81 dövlət orqanında
inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan
922 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi
müsabiqə başa çatıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a verilən
məlumata görə, müsabiqəyə təqdim edilmiş 922 vakant dövlət qulluğu
vəzifəsi sırasında RYTN-ə 16 vakansiyası yer ayrılıb.
Dövlət qulluğunda çalışmaq istəyənlər RYTN-in müsabiqəyə təqdim
etdiyi vakansiyalara xüsusi maraq göstərib.
Belə ki, DQMK-nın müsabiqə qaliblərinin dövlət orqanları üzrə
açıqladığı statistikaya əsasən, RYTN-in 16 vakansiyasına 465
namizəd sənəd verib, onlardan 13-ü müsabiqənin qalibi olub.
Gülxar