• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qadın gözdən əlil ərini soyub qaçdı

Qadın gözdən əlil ərini soyub qaçdı

Qadın vətəndaş nikahında yaşadığı fiziki qüsurlu şəxsin qızıl və pullarını oğurlayıb.

Publika.az-ın məlumatına görə, hadisə Türkiyədə baş verib. 32 yaşlı görmə qüsurlu Cengiz Çiçəklidağ 10 ay əvvəl 27 yaşlı Nejla T. Ilə evlənib. Qadının əvvəlki evliliyindən bir uşağı da olub. İlk evliliyindən boşanma prosesi başa çatmadığından onlar rəsmi nikah olmadan toy ediblər.

C.Çiçəklidağın sözlərinə görə, o bir gün səhər oyananda NejlaT.-nin qızını da götürüb qaçdığını görüb. C.Çiçəklidağın iddialarına görə, qadın onun evdən 5 min lirə nağd pul və qızıl əşyalar aparıb.

O, Nejlanın evdən qaçmazdan bir gün əvvəl dalaşdıqlarını bildirib: “O, ayrılmaq istəsə də, mən qəbul etmədim. Axı adi bir münaqişəyə görə ayrılmaq olmaz. Mən onun hər şeyini qəbul etdim. O boşanmasa da, onunla ailə qurdum. Qızını öz qızım kimi qəbul etdim. Ailəsi ilə də əlaqə saxladım. Lakin onlar da telefonlara cavab vermir”.

C.Çiçəklidağ indi qadının tutulmasını və pulunun geri qaytarılmasını istəyir.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR