Qobustanda yük maşını aşıb, sürücü xəsarət alıb
Bizi izləyin

Qırmızı.az

Qobustanda yük maşını aşıb, sürücü xəsarət alıb

Bakı-Şamaxı yolunun 104-cü kilometrliyində, Qobustan rayonu ərazisində "SHACMAN" markalı yük avtomobili idarəetməni itirərək yolun kənarına aşıb.

Bakı-Şamaxı yolunun 104-cü kilometrliyində, Qobustan rayonu ərazisində "SHACMAN" markalı yük avtomobili idarəetməni itirərək yolun kənarına aşıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunublar.

Müxtəlif bədən xəsarətləri ilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilas edilərək, təcili tibbi yardım stansiyasının əməkdaşlarına təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm