Güclü külək axşam səngiyəcək
Bizi izləyin

Qırmızı.az

Güclü külək axşam səngiyəcək

İki gün ərzində Bakıda davam edən güclü şimal küləyi bu gün axşam saatlarında səngiyəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

İki gün ərzində Bakıda davam edən güclü şimal küləyinin bu gün axşam saatlarında səngiyəcəyi bildirilir.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-12, gündüz 15-18 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm