Gəncədə yol polisi növbəti gecə reydi keçirib
Bizi izləyin

Qırmızı.az

Gəncədə yol polisi növbəti gecə reydi keçirib

Publika.az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu dəfə də əsas hədəf sərxoş və sənədsiz sürücüləri aşkarlamaq olub. Gecə saatlarınadək davam edən yoxlamalar xeyli maraqlı görünütülərə səhnə olub.

Gəncənin yol polisləri həftənin şənbə və bazar günləri reydlərini davam etdirir. Şəhərin müxtəlif ərazilərində aparılan yoxlamalar zamanı yol hərəkət qaydalarını kobud şəkildə pozan eləcə də avtomobilin konstruksiyasına dəyişiklik edən xeyli sayda sürücü aşkarlanıb.

Reydlər zamanı sürücülük vəsiqəsi olmadan sükan arxasında əyləşən sürücülərin gənclər olması da diqqət çəkib. Belə gənc sürücülər avtomobili sənədsiz idarə etməklə yanaşı yol hərkət qaydalarını kobud şəkildə pozmaqdan belə çəkinməyib. Sürücülərin özlərinə haqq qazandırmaq üçün səsləndirdikləri müxtəlif bəhanələr isə heç nəyi dəyişməyib.

Sənədsiz və sərxoş olan sürücülərin avtomobilləri cərimə meydançasına aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm