Öldürülərək yandırılan polisdən yeni xəbər
Bizi izləyin

Qırmızı.az

Öldürülərək yandırılan polisdən yeni xəbər

Bakının Xəzər rayonunda öldürülərək yandırılan İmişli rayon polis şöbəsinin əməkdaşı 1988-ci il təvəllüdlü polis əməkdaşı Muxtar Nəcəf oğlu Kazımov həmişə işində məsuiyyətli olub.

İmişli rayon prokurorluğunun böyük müstəntiqi Elşad Əzimov ANS PRESS-ə verdiyi açıqlamada bildirib ki, qətlə yetirilən polis nəfəri xidmət zamanı heç vaxt problem yaratmayıb.

“Çox yaxşı oğlan idi. Həm də işinə çox ciddi yanaşırdı. Bir müddət bizim prokurorluqda mühafizədə işləyib. Sonradan sahə müvəkkili vəzifəsinə təyin edilmişdi. Rayonda böyük hörməti vardı. Polis Akademiyasının qiyabi şöbəsində təhsil alırdı. Elə onu qətlə yetirən 1989-cu il təvəllüdlü Rabil İbayevlə birgə oxuyurdu”, - deyə Elşad Əzimov bildirib.

Böyük müstəntiqin sözlərinə görə, xidmət yoldaşını qətlə yetirən Rabil İbayev rayon ərazisində Post Patrul Xidmətində sürücü işləyirmiş.

“Muxtar Kazımov ilə Rabil İbayev arasında yaxşı münasibətlər vardı. Muxtar Kazımov bu yaxınlarda maşınını satmışdı. Onu öldürən Rabil İbayevdən mərhumun pulu tapılıb”, - deyə Elşad Əzimov bildirib.

Qeyd edək ki, ötən gün Bakıda İmişli rayon polis şöbəsinin əməkdaşı Muxtar Kazımov xidmət yoldaşı Rabil İbayev tərəfindən öldürülüb. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm