Qırmızı.az
Təhsil Nazirliyi nəticələri açıqladı
Respublika fənn olimpiadalarının final mərhələsi iştirakçılarının nəticələri açıqlanıb.
Publika.az Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticələr nazirliyin saytında - (http://edu.gov.az/upload/file/respublika-olimpia-neticeler.pdf) açıqlanıb.
Təhsil Nazirliyindən (TN) Trend-ə verilən məlumata görə, şəffaflığı təmin etmək üçün şagirdlərin cavab vərəqələri kodlaşdırılaraq münsiflər heyətinə təhvil verilib. Müvafiq yoxlamadan sonra nəticələr müəyyənləşdirilib.
Qeyd edək ki, aprelin 18-də açılışı olan olimpiadanın final mərhələsinə bu gün yekun vurulacaq.
Bu il ilk dəfə olaraq fənn olimpiadaları üç mərhələdə keçirilib. Olimpiadanın I-rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22000 şagird iştirak edib. 3700 şagirdin iştirakı ilə bu ildən ilk dəfə olaraq keçirilən yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə təşkil olunub. Yalnız bundan sonra finalçılar müəyyənləşdirilib.
Gülxar
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları