Öldürülərək yandırılan polislə bağlı RƏSMİ MƏLUMAT
Bizi izləyin

Qırmızı.az

Öldürülərək yandırılan polislə bağlı RƏSMİ MƏLUMAT

Bakının Xəzər rayonunda tapılmış meyitin polisin tamah məqsədilə öldürüldüyü müəyyənləşib.

Publika.az Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun Mətbuat xidmətlərinin yaydığı birgə məlumata istinadən xəbər verir ki, paytaxtın hüquq mühafizə orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir qətlin “isti izlər”lə açılması təmin edilib.

Belə ki, aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan yanmış naməlum kişi meyitinin aşkar edilməsi faktına görə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə aparılan intensiv araşdırmalarla meyitin İmişli Rayon Polis Şöbəsinin (RPŞ) polis nəfəri Kazımzadə Muxtar Qadir oğlu olması müəyyən olunub.

Araşdırmalarla o da müəyyən edilib ki, M.Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli RPŞ-də sürücü işləyən İbayev Ravil Nuruş oğlu tərəfindən tamah niyyəti ilə qətlə yetirilib və sonuncu cinayətin izini itirmək məqsədi ilə M.Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb.

R.İbayev aprelin 18-də şübhəli şəxs qismində tutulub və dindirilərkən törətdiyi cinayəti tam etiraf edib.

Cinayətin törədilməsində digər şəxslərin iştriraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində Bakı şəhər prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm