Heydər Əliyev prospekti açılır – XOŞ XƏBƏR
Bizi izləyin

Qırmızı.az

Heydər Əliyev prospekti açılır – XOŞ XƏBƏR

Heydər Əliyev prospekti açılıb.

Bu barədə Publika.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Heydər Əliyev prospekti Əsas yolda aparılan təmir işləri yekunlaşdığı üçün bu gün, aprelin 20-də axşam saatlarında nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcəkdir.

Eyni zamanda, aprelin 20-dən 21-nə keçən gecə Heydər Əliyev prospekti köməkçi yolun Böyükşor yol qovşağından Heydər Əliyev mərkəzinə qədər olan hissəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaqdır. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti Əsas yoldan və Ziya Bünyadov prospektindən istifadə etmələri tövsiyə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm