• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Əs, ey külək...

Əs, ey külək...

Sabah Azərbaycanda hava küləkli olacaq, küləyin sürəti bəzi yerlərdə güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub küləyi əsəcək. arabir güclənəcək. Axam şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9, gündüz 14-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gğzlənilir. Bəzi şimal və qərb rayonlarında şimşək caxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR