Bakıda 65 yaşlı əlil özünü öldürmək istədi, arvadını vurdu
Bizi izləyin

Qırmızı.az

Bakıda 65 yaşlı əlil özünü öldürmək istədi, arvadını vurdu

Bu gün səhər saat 10 radələrində Bakının Binəqədi rayonunda ər arvadını güllələyib.

Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində yaşayan 65 yaşlı, kimliyi məlum olmayan kişi həyat yoldaşı 60 yaşlı Heyran Məmmədovanı ov silahı ilə güllələyib.

Güllə yarası alan qadın hadisə yerində keçinib.

Hadisəni törədən kişinin ayaqları yoxdur. Hadisənin baş vermə səbəblərinə gəlincə, kişi əvvəlcə intihar etmək istəyib. O, ov silahı ilə özünü güllələmək istəyən zamanı arvadı ona mane olmağa çalışıb. Qadın silahın lüləsindən tutub çəkmək istəyərkən atəş açılıb.

Nəticədə qadın ürəyindən güllə yarası alıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm