Ukraynada döyüşən azərbaycanlı: “Bir neçə gün mühasirədə qaldım” - MÜSAHİBƏ - FOTO/VİDEO
Bizi izləyin

Qırmızı.az

Ukraynada döyüşən azərbaycanlı: “Bir neçə gün mühasirədə qaldım” - MÜSAHİBƏ - FOTO/VİDEO

Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşənlər arasında bu ölkənin vətəndaşı olan azərbaycanlıların da olması heç kəsə sirr deyil. Onlardan biri, Ukraynada prezident Pyotr Poroşenko tərəfindən dəstəklənən "Xalq Cəbhəsi" könüllü hərbi cəmiyyətinin üzvü Vidadi İsrafilovdur. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Vidadi bəy, əvvəlcə özünüz haqqında məlumat verərdiz
- Mən İsrafilov Vidadi Azərbaycan turkuyəm, əslən Şəkidənəm. 1999-cu ildən Ukraynada yaşayıram və Ukrayna vətəndaşıyam. Evliyəm, iki övladım var. Ukraynadakı siyasi proseslərlə daim maraqlanmışam. Heç bir partiyanın üzvü deyiləm, amma siyasi analizlər aparıb ağı-qaradan seçməyi bacarıram. Məlum Maydan hərəkatı, Rusiyanın açıq və gizli təcavüzündən sonra proseslərə qatıldım. Uzun müddət burada yaşadığımdan coxlu sayda ukraynalı dostlarım var. Dostlarımın çoxu müharibənin ilk günlərindən - 2014-cü ilin may ayından könüllü vuruşurlar. Onlardan biri, altı il dostluq etdiyim "Dikiy" ləqəbli Aleksandr adlı mayordur. O, milli qvardiyada tabor komandiri oldu. İlk gündən tez-tez onun yanına - cəbhəyə gedirdim. Onlara yardım - geyim, zirehli paltar, ərzaq və s. aparırdım. Keçən ilin sentyabrından başlayaraq özüm "Donbas" könullu batalyonunun uzvu oldum və döyüşlərdə iştirak etdim. Luqansk vilayətinin Krasnoarmeysk və Lisicansk şəhərlərinin müdafiəsi uğurunda döyüşmüşəm. İki aydan sonra geri döndüm. Daha sonra volontyor kimi fəaliyyətə başladım.Volontyorluq isə döyüşməkdən daha vacib və daha cətin bir ictimai fəaliyyətdir. Cunki hec bir maddi yardım olmadan - əsgər və zabitlərə ərzaqdan tutmuş, gecə görmə cihazları, teplovizora qədər - lazımi avadanlıqlar tapıb çatdırmaq lazımdır. Yardımları hərbçilərə çatdırarkən bir çox maneələrlə üzləşməli olursan. Qrad minaları, snayper və diversiya qruplari ilə uz-uzə gəlirsən. Bir neçə gün döyüşçülərimizlə birgə mühasirədə oldum. Debalçevoda kəşfiyyat əməliyyatlarında iştirak etdim. İndinin özündə də volontyor olsam da, arada 5-6 günlük hərbi əməliyyatlarda iştirak edirəm. Hazırda Ukraynanən ən tanınmış və cəbhədəki fəallığı ilə seçilən Georgiy Tukanın başçılıq etdiyi "Xalq Cəbhəsi" ("Narodnıy Tıl") volontyor cəmiyyətinin uzvuyəm. Bu cəmiyyət birbaşa prezident tərəfindən dəstəklənir və Mudafiə Nazirliyinin fəaliyyətinə nəzarət edə bilir. Mən fəxr edirəm ki, bu cəmiyyətin xətti ilə ən qaynar nöqtələrə yardım çatdırıram, proseslərdə bir azərbaycanlı kimi iştirak edirəm.

- Ukraynada döyüşən başqa azərbaycanlılar varmı?
- Bəli, var. Çoxunu şəxsən tanıyıram. Saylarını deməyəcəm, amma 5-ə yaxın şəhid vermişik. Onlardan biri qəhrəmancasına şəhid olan əslən bakılı Bağirov İlqardır. Elə srağagün Ukraynanın ən qaynar nöqtələrindən olan Peski kəndindən döyuşə-döyuşə ən axirinci cixan "Praviy sektor"un döyüşçülərindən biri həmyerlimizdir. Allaha şukur sağ-salamatdır. Burada döyüşən həmyerlilərimiz var, maşallah, hamısı da sayılıb-seçiləndir. Onu da qeyd edim ki, Ukraynanın tanınmış yazarlarından biri hazırda müharibədən kitab yazır və orada biz azərbaycanlılara da geniş yer ayırıb.

- Qarabağda müharibə başlasa, ukraynalılar Azərbaycana kömək edəcəklərmi?
- Buna heç şübhəniz olmasın. Qarabağda müharibə başlasa, hazırda çiyin-çiyinə vuruşduğumuz ukraynalıların, burada yaşayan vətənsevərlərin mənimlə birgə döyüşlərdə iştirak edəcəklərinə şübhəniz olmasın. Burada ukraynalı döyuşcu dostum var, adı Nikolaydır. Bir gün hamının yanında utana-utana mənə dedi ki, sənin yanında xəcalətliyəm. O, 1991-ci ildə Qarabağda rus qoşunlarının tərkibində bizə qarşı vuruşduğunu bildirdi. Qeyd etdi ki, o vaxt gənc olub və başa düşməyib, amma Qarabağda müharibə başlasa, səhvini düzəltməyə hazırdır.

- Azərbaycanlılardan fərqli olaraq ermənilər separatçıların tərkibində Ukraynaya qarşı döyüşür. Amma Radada qondarma erməni soyqırımı məsələsi müzakirəyə çıxarılır. Bunu necə izah etmək olar?
- Bəli, belə bir cəhd oldu. İki həftə əvvəl mənə xəbər gəldi ki, Ukrayna Ali Radasında qondarma erməni soyqırımını tanımaq üçün qanun layihəsi qeydiyyatdan keçib. Tez bir zamanda hamını ayağa qaldırıb fəaliyyətə keçdik. Dəyərli türkümüz Burzu Əliyev vasitəsi ilə millət vəkili Mustafa Cəmilova xəbər catdırıldı. Daha sonra dostum, parlament jurnalisti Anvar Derkaçla əlaqə saxladım. Sağ olsunlar, hər ikisi əmin etdilər ki, bu işi dayandıracaqlar. Səylərimiz nəticəsində qanun parlamentdə müzakirəyə çıxarılmadı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm