Xaçmazda məktəbli qızı ayaqyolunda zorladılar: Kənd ayağa qalxdı – FOTO (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Xaçmazda məktəbli qızı ayaqyolunda zorladılar: Kənd ayağa qalxdı – FOTO (YENİLƏNİB)

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata əsasən, hadisə ilə bağlı kənd camaatı ayağa qalxıb. Onlar qızı zorlayan oğlanların ailəsinin kənddən çıxarılmasını tələb edirlər. Yeni bir münaqişənin baş verməməsi üçün polis həmin ailələrin evini mühasirəyə alıb.

Oğlanların ailələri əvvəl köçmək istəməsələr də, kənd sakinlərinin tələblərindən sonra fikirlərindən daşınıblar. Ailələr kənddən çıxmaq istəyir. Lakin həyatları hər an təhlükə qarşısında olduğundan evdən çıxamağa belə cəsarət etmirlər. Qızı zorlamaqda ittiham olunan iki şəxsin axtarışı isə hələ də davam edir.

Gülxar

***

Azərbaycanda orta məktəbdə zorlama hadisəsi baş verib.

Publika.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, hadisə Xaçmaz rayonunun Alekseyevka kəndində, Milli qəhrəman Yavər Şahbazov adına orta məktəbin həyətindəki qız tualetində baş verib.

Martın 16-da orta məktəbin 8-ci sinif şagirdi E.S. məktəbin həyətində iki nəfər gənc oğlanın hücumuna məruz qalıb. Oğlanlar onu zorla həyətdəki qız tualetinə aparıblar. Oğlanlar tualetdə qızı zorlayıblar. Onunla qeyri-təbii yolla cinsi əlaqədə olublar.

Qız zorlanan zaman qışqıraraq kömək istəyib. Bu zaman həyətdəkilər onun köməyinə gəliblər. Qızı zorlayan gənclər hadisə yerindən qaçıblar.

Bu hadisədən 1 ay 2 gün sonra, aprel ayının 18-də zorlanan E.S.-nin atası Xaçmaz rayon polis şöbəsinə şikayət edib.

Şikayət əsasında aparılan araşdırmalar zamanı qızı zorlamaqda şübhəli bilinən 1995-ci il təvəllüdlü Valeh Xurşudov və 1998-ci il təvəllüdlü Fərid Həsənov olduğu müəyyən edilib.

Hadisəni araşdırmaq üçün tibbi ekspertiza təyin edilib. Ekspertizanın nəticəsinə uyğun olaraq tədbir görüləcək. Hələlik qızın zorlanması ilə əlaqədar heç kim saxlanılmayıb.

Hadisə ilə əlaqədar bu gün Xaçmazın Alekseyevka kəndində kənd camaatı bir yerə toplaşaraq etiraz aksiyası keçiriblər. Aksiyaya dövlət nümayəndələri və məktəbin direktoru Mirzəşah Mikayılov da qatılıb.

Direktor ANS PRESS-in bölgə müxbirinə bildirib ki, hadisə təhsil müəssisəsində görünməmiş biabırçılıqdır.

Aksiyada iştirak edən kənd camaatı tələb edib ki, qızın başına biabırçı hadisəni gətirənlərin ailəsi orada yaşamasınlar. Kənd sakinləri arasında gənc qız sahibi olan valideynlər də, bu hadisədən sonra övladlarını çölə tək buraxmağa qorxduqlarını bildiriblər.

Aksiyada iştirak edən Xaçmaz rayon icra başçısının Alekseyevka kənd nümayəndəsi Rasim Qasımov da sakinlərlə eyni fikirdə olduğunu bildirib. O vurğulayıb ki, kənddə biabırçı əməl sahibləri orada yaşamamalıdırlar.

Faktla bağlı araşdırmalar davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm