Nazir: "I Avropa Oyunları ilə bağlı məktəblərdə pul yığılması qanunsuzdur"
Bizi izləyin

Qırmızı.az

Nazir: "I Avropa Oyunları ilə bağlı məktəblərdə pul yığılması qanunsuzdur"

İlk Avropa Oyunları və ya digər tədbirlərlə əlaqədar məktəblərdə pul yığılması qəbuledilməzdir və korrupsiyadır.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov KİV-də Avropa Oyunları ilə əlaqədar Xaçmaz rayonundakı məktəbdə vəsaitin toplanılması haqqında yayılan məlumatla bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə əsasən, Avropa Oyunları ilə bağlı vəsaitin toplanılması qanunsuzdur, cinayətdir və bunu bütün mümkün üsullarla dayandırmaq lazımdır, çünki bu, Oyunların nüfuzuna xələl yetirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm