• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qaxda polislər qəza törətdi

Qaxda polislər qəza törətdi

Qaxda polis əməkdaşları qəzaya uğrayıb.

Publika.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə Qax-İlisu avtomobil yolunun Qarabulaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Turab İsgəndərov idarə etdiyi “Toyota” markalı, avtomobili yolun kənarındakı qaz xəttinə çırpıb. Avtomobildə sürücüdən əlavə bir sərnişin də olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, Qaxbaş və Ağçay kəndlərini təbii qazla təchiz edən 195 mm-lik qaz xətti sıradan çıxıb. İki kəndə təbii qazın verilməsində fasilə yaranıb. Qəza törədən sürücü Turab İsgəndərov və avtomobildə olan sərnişin Aygül Həsənova, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarıdır. Turab İsgəndərov istintaq bölməsində müstəntiq, Aygül Həsənova isə təhqiqatçı vəzifələrində işləyirlər. Faktla bağlı araşdırma aparılılr.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR