Qırmızı.az
Neftçalada təlim keçirildi
Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası Neftçala şəhərində “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) haqqında ictimai məlumatlılığın artırılmasına” həsr olunmuş tədbir keçirib.
Publika.az xəbər verir ki, vətəndaş cəmiyyəti təşkilatları, dövlət qurumları, KİV, bələdiyyə, yerli icmalar və hasilat sənayesi şirkətlərinin 70-dən artıq təmsilçisinin iştirak etdiyi tədbirin məqsədi MHŞT və bu təşəbbüsün Azərbaycanda tətbiqi haqqında məlumatlılığı artırmaq olub.
Tədbir MHŞT üzrə Katiblik və Dünya Bankının dəstəyi ilə MSŞA Koalisiyası tərəfindən təşkil edilib. Tədbirin təşkili MHŞT üzrə çoxtərəfli qrupun fəaliyyət planında nəzərdə tutulub.
MSŞA Koalisiyasının əlaqələndiricisi Əliməmməd Nuriyev tədbirdə iştirakçılara bildirib ki, MHŞT prosesi vətəndaşlar üçün hasilat sənayesindən əldə olunan gəlirlər haqda məlumatları açıqlayır.
MSŞA Koalisiyasının Şura üzvü Mehriban Vəzir "Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü prosesində QHT Koalisiyasının tərəfdaşlıq rolu" mövzusunda təqdimat edib və bütün Neftçala sakinlərini neft gəlirləri ilə bağlı daha məlumatlı olmağa və MHŞT prosesinin imkanlarından istifadə etməyə çağırıb.
MSŞA Koalisiyasının digər Şura üzvü Taleh Əliyev "Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü nədir və onun haqqında nələri bilməliyik" mövzusunda təqdimat edib və qeyd edib ki, MHŞT prinsipləri iki əsas şərt üzərində müəyyənləşdirilmişdir: şirkətlər üçün – “ödədiyini açıqla”, hökumətlər üçün – “aldığını açıqla”.
Aprel ayında Gədəbəy rayonunda növbəti tədbirin keçirilməsi gözlənilir.
Qeyd edək ki, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) hesabatlılığın və yaxşı idarəetmənin artırılması naminə çalışan hökümətlər, şirkətlər və vətəndaş cəmiyyətinin koalisiyasıdır. Neft, qaz və mədən sənayesindən şirkətlərin ödənişi və dövlətin gəlirlərinin tam nəşr olunması və dəyərləndirilməsi ilə MHŞT resurslarla zəngin ölkələrdə yaxşı idarəetməyə töhfə verir.
Azərbaycanın MHŞT üzrə vətəndəş cəmiyyəti koalisiyası - Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası (MSŞA) 2014-cu ilin may ayında 10 illik ildönümünü qeyd edib. Hazırda koalisiyanın 110-dan çox QHT üzvü vardır. Koalisiya ictimai məlumatlandırma sahəsində əsas tərəflərdən biridir.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...