Magistratura imtahanının nəticələri 2 günə açıqlanacaq
Bizi izləyin

Qırmızı.az

Magistratura imtahanının nəticələri 2 günə açıqlanacaq

İmtahanda iştirak edən bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya komissiyası yaradılıb

Martın 2-də cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbul imtahanının birinci mərhələsinin nəticələri yaxın 2 gün ərzində açıqlanacaq.



Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. O bildirib ki, komissiyada ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2014/2015-ci tədris ili üçün qəbul imtahanının martın 2-də keçirilmiş birinci mərhələsinin məzmunu ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya komissiyası yaradılıb. TQDK-nın bakalavrlar Apelyasiya komissiyasına 3-5 mart tarixlərində saat 10.00-dan 17.00-dək şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər.


Qeyd edək ki, magistraturaya qəbul imtahanının birinci mərhələsi respublikanın 6 şəhərində aparılıb. İmtahanda iştirak etmək üçün 24560 (ötən il 21623) bakalavr ərizə təqdim edib. Onlardan 21874 nəfəri Azərbaycan, 2686 nəfəri rus bölməsi üzrə imtahan verib. Ərizə verənlərin 11553 nəfəri oğlan, 13007 nəfəri isə qızlardır. Bakalavrlardan 12540 nəfəri cari ilin məzunları, 12020 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 73 nəfər xarici ölkə vətəndaşıdır. İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1961-ci il təvəllüdlü, ən gənc isə 1995-ci il təvəllüdlüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm