Qırmızı.az
Sabah da qazsız rayonlar olacaq
Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.
Publika.az SOCAR-ın saytına istinadən məlumat verir ki, aprelin 22-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Zabrat-2”, “Zabrat-Bilgəh” və “Zabrat-Ümumi”, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Şamaxı”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Xaldan”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Beyləqan”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Ağasıbəyli” və “Yuxarı Salahlı”, Astara Magistral qaz kəmərləri sahəsinin “Göytəpə”, “Nərimankənd” və “Saatlı” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
Təmir müddətində Şamaxı və Beyləqan şəhərlərinin, Yevlax rayonunun Xaldan və Qəribli, Sabirabad rayonunun Nərimankənd, Ulacalı, Qaratəpə, Əhmədabad, Mürsəlli və Şıxlar, Saatlı rayonun Qıraqlı, Mustafabəyli, Bəylik və Yeni Novruz, Samux rayonunun Ağasıbəyli, Əhmədli, 1 May və Şəmsizadə, Qazax rayonunun Aslanbəyli və Yuxarı Salahlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun Zabrat və Abşeron rayonunun Bilgəh qəsəbələrinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır