Xəzərin suyu azalıb
Bizi izləyin

Qırmızı.az

Xəzərin suyu azalıb

“Xəzər dənizində 9 məntəqədə suyun səviyyəsi ölçülür. 1996-cı ildən bu günə qədər Xəzərin suyunun azalması müşahidə edilir. Bu il də aparılan müşahidələr zamanı Xəzərin suyunda azalma qeydə alınıb”.

Bu sözləri Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, Kür çayı Xəzərin balansının 5%-i, Volqa çayı isə 90%-i təşkil edir. Volqada suyun azalması birbaşa Xəzərin də suyunun azalması deməkdir. Volqa çayında müşahidə olunan azalma isə təbii proses və iqlim dəyişkənliyi ilə əlaqədardır.

A.Verdiyev çaylarda suyun səviyyəsi ilə bağlı apardıqları ölçmələr əsasında bu il quraqlıq müşahidə edilib-edilməyəcəyinə aydınlıq gətirib.

“İqlim dəyişikliyi ilə əlaqədar olaraq bütün fəsillərdə temperaturda artım, yağıntılarda isə azalma müşahidə edilir. 2014-cü ildə qar ehtiyatı normadan aşağı, yağıntıların az olması səbəbindən yay quraqlıq keçdi. Bu da gələcəkdə iqlim dəyişmələri nəticəsində bu problemlərin qaçılmaz olduğunu göstərir.

Hər il olduğu kimi bu il də hidrometeorologiya departamenti tərəfindən dağlıq ərazilərdə qarölçmə işləri aparılıb. Əsas məqsəd qar ehtiyatını müəyyən etməkdir. Bu il qar ehtiyatı ötən ilə nisbətən çox olsa da, normaya yaxın olub. Yaz-yay fəsillərinin gursululuq proqnozu da tərtib edilib. Gursululuq dövründə çaylarda suyun normaya yaxın və normadan aşağı olacağı gözlənilir. Ayrı-ayrı günlərdə yağan intensiv yağışlar nəticəsində dağ çaylarında qısamüddətli daşqınların olması istisna edilmir. Keçən illə müqayisədə bu il sululuq nisbətən yuxarı olacaq. Əlbəttə, sululuq yağışdan asılıdır. Hazırda Kür çayında da vəziyyət sabitdir. Bəzən yağışlarla əlaqədar artım müşahidə edilir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm