Qırmızı.az
Piyada keçidləri yeni qaydalar əsasında tikiləcək
Azərbaycanda piyada keçidləri yeni qaydalar əsasında tikiləcək.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı
parlamentdə “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi
nəzərdə tutulur.
Qanuna 9-1-ci maddənin əlavə edilməsini nəzərdə tutan qanun
layihəsində “Piyada keçidləri arasında məsafə və yerüstü və ya
yeraltı keçidlərin tikilməsi” adlanan əlavəyə əsasən, avtomobil
yollarında piyada keçidləri təhsil, səhiyyə, iri ticarət (xidmət
istehsalat) müəssisələrinin, nəqliyyatın dayanacaq məntəqələrinin,
idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi
toplaşdığı digər obyektlərin yaxınlığında olmalıdır. Piyada
zolağında hərəkətin işıqforla nizamlanması vacib olan hallar
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qanun layihəsində göstərilir ki, avtomagistralların yaşayış
məntəqələrindən keçən hissələrində yerüstü və ya yeraltı keçidlər
arasında məsafə 400-800 metr, digər avtomobil yollarının yaşayış
məntəqələrindən keçən hissəsində isə piyada keçidləri arasında
məsafə 150-300 metr (yolayrıcları arasında daha az məsafə olduğu
hallar istisna olmaqla) olmalıdır.
Maddənin 3-cü hissəsində göstərilir ki, avtomagistrallarda
yerüstü və ya yeraltı keçidlər yuxarıda göstərilənlər nəzərə
alınmaqla, digər avtomobil yollarında – nəqliyyat vasitələrinin
hərəkət şiddəti 300 avtomobil/saatdan, piyadaların hərəkət şiddəti
3000 adam/saatdan və yolun hərəkət hissəsinin eni 14 metrdən çox
olduqda tikilməlidir.
Avtomobil yollarında yerüstü və yeraltı keçidlərin tikilməsi
vacib olan digər hallar müvafiq icra hakimiyyəti tərəfindən müəyyən
ediləcək.
Qeyd edək ki, adıçəkilən qanun layihəsi Milli Məclisin aprelin 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye