Qırmızı.az
Ovçulara MÜJDƏ – biletlər ömürlük veriləcək
“Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydası”nda bəzi dəyişikliklər edilib.
Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə, bundan sonra “Ovçuluq bileti”ni Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə Xüsusi Dövlət Mühafizə Xidməti verəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi ovçuluq biletinin formasında heç bir dəyişiklik olmasa da, Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən verilən ovçuluq biletində bəzi fərqlər olacaq.
Yeni dəyişiklikdə “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə verilən “Ovçuluq bileti” ilə bağlı forma da müəyyənləşib.
Ovçuluq biletinin içərisində birinci səhifəsinin yuxarı hissəsində “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri yazılacaq.
Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən verilən “Ovçuluq bileti”nin cildi tünd-qırmızı rəngdə olur və ölçüləri 7,0 sm x 10,0 sm təşkil edir.
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə müddətsiz olacaq.
Gülxar
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO