• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bakı polisi 42 cinayətkar qrupu ifşa edib

Bakı polisi 42 cinayətkar qrupu ifşa edib

Bu gün Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) 2015-ci ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

İdarənin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan BŞBPİ-nin rəisi, polis general-mayoru Mirqafar Seyidov bildirib ki, hesabat dövründə Bakı şəhərində DİN və prokurorluq üzrə ümumən 2.933 (ötən il 2.957) cinayət qeydə alınıb, onların 2.402-i və ya 81,8%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 531-i və ya 18,1%-i isə ağır və xüsusilə ağır cinayətlər olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 7%, az ağır cinayətlər 5,9%, böyük ictimai təhlükə törətməyən cinayətlər 4%, mülkiyyət əleyhinə cinayətlər 0,2%, o cümlədən dövlət və ya bələdiyyə əmlakı oğurluğu 3,8 dəfə, xüsusi əmlak oğurluğu 10,7%, mənzillərdən oğurluq 11,4%, avtonəqliyyat oğurluğu 11,1%, insan alveri cinayətləri 35,3% azalıb, xuliqanlıq cinayətləri isə sabit qalıb.

Ümumi cinayətlərin 68,7%-nin (ötən il 66,4%), ağır növ cinayətlərin 75,5%-nin (ötən il 73,0%), bütövlükdə naməlum şəraitdə baş vermiş cinayətlərin isə 56,8%-nin (ötən il 55,9%) açılması təmin olunub.

Bununla yanaşı, hesabat dövründə qeydə alınmış 444 şəxsiyyət əleyhinə cinayətdən ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə 89,9%-nin (ötən il 86,4%), o cümlədən qəsdən adam öldürmələrin (ötən il 85,0%), eləcə də adam öldürməyə cəhdlərin, zorlamaların (ötən il 83,3%) hamısının açılması təmin olunub, keçən ilin müvafiq dövrü ilə müqayisədə qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərinin açılması 1,8%, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətləri 5,7%, mülkiyyət əleyhinə cinayətlər 2,8%, xüsusi əmlak oğurluqları 4,3%, o cümlədən mənzil oğurluğu 3,1%, dələduzluq cinayətləri 4,9%, zorlama cinayətlərinin açılması 16,7%, hədə-qorxu ilə tələb etmələr 66,6%, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması isə 1,2% yaxşılaşıb.

Hesabat dövründə 18 soyğunçuluq və quldurluq cinayəti törətmiş 38 nəfərdən ibarət 15 qrup, eləcə də 29 mənzil oğurluğu cinayəti törətmiş 27 nəfərdən ibarət 12 qrup ifşa edilib, həmçinin bu müddətdə aşkar edilmiş 380 fakt üzrə qanunsuz dövriyyədən 108 kq 284 qram (ötən il 72 kq 616qr) narkotik vasitə çıxarılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR