Bir çox qıza örnək olacaq evlilik - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bir çox qıza örnək olacaq evlilik - FOTOLAR

İki gün əvvəl paytaxtda keçirilmiş toy mərasimini əks etdirən foto diqqətimizi cəlb etdi. Şənlik mərasiminin ən xoşbəxt anlarını əks etdirən müxtəlif şəkillər insanlar arasında ən müqəddəs hiss sayılan sevginin onların qarşısında heç bir sədd çəkə bilmədiyini bir daha sübut etdi.

Araşdırmamız zamanı məlum oldu ki, Valideyn Himayəsindən Məhrum olan Uşaq və Gənclərə Yardım İctimai Birliyinin sədri, fiziki qüsurlu Zaur Seyidzadə və onun ailə qurduğu xanım da öz ülvi duyğuları ilə belə maneələri aşan insanlardandır. Zaur Seyidzadə Publika.az-ın əməkdaşı ilə söhbətində ilk öncə fiziki qüsurlu olmasından danışdı: “Bakıda dünyaya gəlmişəm. 2 yaşım olarkən başımın arxa hissəsindən çiban çıxıb. Məni əməliyyat edən həkim erməni imiş. O, cərrahiyyə əməliyyatı zamanı başımın əsəb sistemini zədələyib. Ondan sonra fiziki qüsurlu olmuşam”.

Müsahibim bildirdi ki, bu evliliyin tarixi çox yenidir: “Qohumlarım neçə müddət idi mənə evlənməyi təklif edirdilər. Bir neçə qız göstərdilər, lakin qismət olmadı. Sonuncu dəfə Vüsalə xanımı göstərdilər”.

33 yaşı olan Zaur Seyidzadə qeyri-hökumət təşkilatının rəhbəri kimi fəaliyyət göstərir: “Qardaşım dünyasını dəyişib, bir bacım var. Bacım ailəlidir. Yeni ildə qohumlarıma baş çəkmək və istirahət etmək üçün Lənkərana getmişdim. Vüsalə xanımla orda tanış olduq. Söhbət etdik, bir-birimizi bəyəndik. Söhbət əsnasında ona mənimlə ailə qurmağı təklif etdim, Vüsalə xanım da dəyərləndirdi. O, mənim fiziki qüsurlu olduğumu bilirdi. Amma şükür Allaha ki, işsiz deyiləm. İki ali təhsil almışam. Sonuncu ali təhsilim hüquq ixtisası üzrə olub. Təşkilat rəhbəriyəm”.

Onun sözlərinə görə, bu tanışlıqdan sonra ailə qurmağa qərar veriblər: “Toyumuz iki gün əvvəl - aprelin 20-də Bakıdakı şadlıq saraylarından birində baş tutdu. Nişanla toy mərasimi eyni gündə oldu. Həyat yoldaşım evdar xanımdır. Bakının Yasamal rayonunda, Şərifzadə küçəsində yaşayırıq. Şəxsi evim var”.

Müsahibimiz qeyd etdi ki, yeni ailə onun həyatına al-əlvanlıq bəxş edib: “Məsuliyyətli, çiynində ailə yükünü hiss edən insan gərək ailə qursun. Subaylığın da öz yeri var. Bəziləri deyir ki, subaylıq sultanlıqdır. Amma hər şey qədərində olmalıdır. Müəyyən yaşdan sonra ailə qurmaq lazımdır”.

Qeyd edək ki, Zaur Seyidzadənin valideynlərinin hər ikisi dünyalarını dəyişiblər.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm