Azərbaycana qar yağdı
Bizi izləyin

Qırmızı.az

Azərbaycana qar yağdı

Quba rayonunun dağlıq ərazilərinə 25 sm-dək qar düşüb.

APA-nın verdiyi məlumata görə, ən çox yağıntı Quba rayonunun Qırız kəndi ərazisində qeydə alınıb. Burada qarın qalınlığı 25 sm-ə çatıb.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, qarın hündürlüyü Xınalıqda 20 sm, Bostankeçdə 18 sm, Qusar rayonunun Ləzə stansiyasında 12 sm, Kuzunda 7 sm, Susayda isə 6 sm-dir.

Havanın temperaturu bəzi yerlərdə mənfi 7 dərəcəyədək düşüb.

Qeyri sabit hava şəraitinin aprel ayının 25-dək davam edəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm