Qırmızı.az
Ev tikənlərin DİQQƏTİNƏ - Tikintiyə icazə qaydaları dəyişdirilir
Azərbaycanda tikintiyə icazə verilməsinin ümumi qaydaları dəyişdirilir.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ
parlamentin aprelin 28-də keçiriləcək növbəti plenar iclasının
gündəliyinə daxil edilən Şəhərsalma və Tikinti Məcəlləsinə
dəyişiklikdə öz əksini tapıb.
Məcəllənin 75.1 maddəsinə təklif edilən dəyişikliyə əsasən,
tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci
maddəsinə, o cümlədən ərazilərin zondlaşdırılması, tikintinin növü
və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrinə
yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən
yoxlanılır. Hazırda isə tikintiyə icazə verilməsinin mümkünlüyü
yalnız Məcəllənin 11-ci maddəsinə əsasən yoxlanılır.
Məcəllənin 75.4 maddəsinə təklif edilən dəyişikliyə əsasən isə,
tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra müvafiq
icra hakimiyyəti orqanı tikintiyə icazə ilə fəaliyyət sferasına
(maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı
tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən
aidiyyatı qurumlara rəy bildirilməsi üçün göndərilən sorğuya cavab
verilmə müddəti 1 aydan 15 günə qədər azaldılır.
Məcəllənin 75.6-cı maddəsinə edilən dəyişikliyə əsasən isə,
müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə daxil olmuş
rəylər nəzərə alınmaqla, həmin ərazi üzrə müfəssəl plan olduqda 1
ay müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 3 ay
müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə
verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.
Hazırkı Məcəllənin həmin maddəsində isə qeyd olunur ki, müvafiq
icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə daxil olmuş rəylər
nəzərə alınmaqla 3 ay ərzində baxır və tikintiyə icazə verilməsi və
ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul
edir.
Həmçinin Məcəlləyə məlumatlandırma icraatı ilə bağlı əlavənin
edilməsi təklif olunur. Təklif edilən əlavəyə görə, insanların
yaşaması və toplaşması, habelə istehsalat fəaliyyətinin həyata
keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrin sayı
ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400
kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan
tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı
həyata keçirilir və tikinti layihəsinin yalnız
memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.
Hazırkı Məcəllədə məlumatlandırma icraatı ilə bağlı maddədə isə
bu tələb belə qoyulur: “Mərtəbələrin sayı 3-dən, hündürlüyü 12
metrdən və aşırmalarının uzunluğu 6 metrdən çox olmayan yaşayış
evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata
keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız
memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.
Mövcud Məcəlləyə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi müvafiq ərizədə qüvvədə olan müfəssəl planın tələbinə uyğun tərtib edilməlidir. Məcəlləyə təklif oluna əlavəyə əsasən isə, belə plan olmadıqda və ya onun müddəti bitdikdə barəsində məlumatlandırma icraatı nəzərdə tutulan yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zondlaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır".
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...