XƏBƏRDARLIQ: Ermənilər bu gündən hücuma başlayır
Bizi izləyin

Qırmızı.az

XƏBƏRDARLIQ: Ermənilər bu gündən hücuma başlayır

Aprelin 23-24-də Azərbaycanın, o cümlədən Türkiyənin dövlət və özəl sektoruna aid saytlara erməni kiber qruplaşmaları tərəfindən planlaşdırılan kiber hücumların həyata keçiriləcəyi aşkarlanıb.

Publika.az-ın məlumatına görə, bu barədə Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin apardığı araşdırma və müşahidə tədbirləri nəticəsində məlum olub.


CERT.GOV.AZ mümkün kiber hücumların qarşısınının alınması və reaksiya müddətinin azaldılması üçün dövlət və özəl sektora aid informasiya sistemlərinə cavabdeh şəxsləri diqqətli olmağa çağırır.


Məlumat üçün bildirək ki, aprel ayının 24-də Ermənistan höküməti qondarma soyqırımın 100 illiyini qeyd edəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm