Dəmiryolçulara şad xəbər - maaşlar artacaq
Bizi izləyin

Qırmızı.az

Dəmiryolçulara şad xəbər - maaşlar artacaq

“Azərbaycan Dəmir Yolları” QSC-nin işçilərinin maaşları artırılacaq. QSC-nin sədri Cavid Qurbanov bununla bağlı əmr verib.

Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Publika.az-a açıqlamasında hazırda əməkdaşların maaşlardakı artımın hesablanması üzərində iş apardıqlarını dedi. Onun sözlərinə görə, yaxın gələcəkdə işçilər maaşlarında bu artımı hiss edəcəklər.

“Maaşların verilməsi bir istiqamətli deyil, artımlar da buna görə olacaq. Maşinist, bələdçi fərqli əməkhaqqı aldığından onların maaşlarındakı artım da fərqli olacaq. Artımın nə zaman və neçə faiz olacağı məlum deyil. Yaxın vaxtlarda maaş artımı ilə bağlı məlumat veriləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm