XƏBƏRDARLIQ: Hava kəskin pisləşəcək
Bizi izləyin

Qırmızı.az

XƏBƏRDARLIQ: Hava kəskin pisləşəcək

Bu gündən başlayaraq aprelin 25-dək ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraiti gözlənilir.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, bəzi yerlrədə yağıntının intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi güclənəcək.

Bakıda və Abşeron yarımadasında aprelin 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, axşama doğru arabir yağış yağacağı gğzlənilir. Şimal-qərb küləyi güclənəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq.

Abşeron yarımadasında aprelıin 24-də güclü xəzri küləyi və aprelin 25-i gündüzədək rütubətli hava şəraitinin müşahidə olması meteohəssas insanlarda narahatçılıq hissi yarada bilər.

Aprelin 26-da əlverişli, komfort hava şəraiti gözlənilir.

Azərbaycanın bölgələrində aprelin 24-də arabir yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm