Qənirə Paşayeva gənclərə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva gənclərə müraciət etdi

Millət vəkili Qənirə Paşayeva İstanbulda Türkdilli Dövlət və toplumları təmsil edən 2000 gəncə müraciət etdi

Türkdilli dövlətlərin 2000 gənci “Xocalıya Ədalət” dedi

Eskişehir 2013 Türk Dünyasının Mədəniyyət Paytaxtı layihəsi çərçivəsində Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyilə 200 nəfər gənc, habelə, tanınmış ziyalı "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Türkiyənin Eskişehir, Bursa və İstanbul şəhərlərində təşkil olunan "Türk Dünyasının Qanayan Yarası Xocalı Soyqırımı" adlı tədbirlərdə iştirak etdilər.

Layihə çərçivəsində Fevralın 26-da Eskişehir Valiliyinin təşkilatçılığıyla və İstanbul Sancaqtəpə bələdiyyəsinin dəstəyilə 2000 nəfərin iştirak etdiyi Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən anım mərasimi keçirildi. Mərasim iştirakçıları öncə foyedə soyqırım qurbanlrının xatirəsinə həsr edilən foto-sərgi ilə tanış oldular və tədbirdə iştirak edən gənclərə üzərində Xocalıya Ədalət yazılmış maykalar, maarifləndirici broşurlar və Azərbaycan bayraqları hədiyyə edildi.

Tədbir Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətlərinin Dövlət Himnləri açıq elan edildi.

Sancaqtəpə Bələdiyyəsinin Başkanı İsmayıl Erdem Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün lazım olan dəstəyi verməyə hazır olduqlarını qeyd etdi."Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, Şamil Sabiroğlu 22-il öncə Ermənistan Silahlı Qüvvələri və onların havadarları tərəfindən Xocalıda baş verən soyqırımdan danışdı.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin tarix professoru Anar İsgəndərov isə Azərbaycan xalqının başına gətirilən soyqırım hadisəsinin tarixi haqqında məlumat verdi. Eyni zamanda Türk dünyasının ortaq tarix şüurunun və bərabərliyinin formalaşmasının zəruriliyini vurğuladı.

Azərbaycan Respublikasının millət vəkili Qənirə xanım Paşayeva çıxışı zamanı 22 il əvvəl ermənilər tərəfindən törədilən və insanlığa qarşı cinayət adlandırdığı, Xocalı faciəsini unutdurulmayacağını dilə gətirib. Bir sıra ölkələr tərəfindən Xocalı Soyqırımını tanıyan qətnamələrin qəbul edilməsinə baxmayaraq Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Qənirə Paşayeva Azərbaycanın ən böyük hədəfinin bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələri olduğunu qeyd edib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməyib, 1 milyon insan hələ də evinə dönə bilmir. “Bu soyqırımı törədənlər ədalət qarşısında hələ də cavab verməyiblər. Hamısı Ermənistandadırlar. O səbəbdən biz Xocalı Soyqırımının daha çox tanıdılması, onu törədənlərin ədalət qarşısında cavab vermələri üçün çalışmalarımızı daha da sürətləndirməyi düşünürük. Dünyanın bəzi ölkələri bu soyqırımı tanıyıb. Pakistan, Meksika, Kolumbiyadan sonra, Çexiya Respublikası Parlamentinin bu soyqırımı qınaması ilə bağlı verdiyi açıqlama çox önəmlidir. Xocalı Soyqırımı insanlığa qarşı edilmiş bir cinayətdir.”

Millət vəkili harada doğulub, harada yaşamasından asılı olmayaraq bütün türklərin bu acını sahiblənərək birlik və bərabərlik içərisində problemin həllinə çalışmalarının gərəkdiyini bildirib. “Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib. Millət vəkili Qənirə Paşayeva bu məsələdə gənclərin üzərinə böyük vəzifə düşdüyünü dilə gətirərək gəncləri sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, bütün türk gəncliyi tariximizə sahib çıxmalı, sosial mediada, virtual aləmdə onun düzgün təbliği istiqamətində fəal olmalı, qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə apararaq Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılmasına yardımçı olmalıdırlar. “Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”.Millət vəkili Qənirə Paşayeva növbəti görüşləri birlik və bərabərlik içərisində erməni işğalından azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Laçında və digər o gözəl torpaqlarda keçirməyi diləyərək fikirlərini yekunlaşdırıb.

Sonda çıxış edən Eskişəhər İcra hakimiyyətinin başçısı Güngor Azim Tuna Xocalı soyqırımını hər zaman ürəklərində hiss etdiklərini qeyd etdi və Azərbaycan xalqının dərdinin bütün Türük dünyasının dərdi olduğunu vurğuladı. Natiq Türk dünyasının qanayan yarası olan Xocalı soyqırımı anımn tədbirinə gələn (Bosna, Krım, Makedonya, Kosova, Azərbaycan, Karadağ və Türkiyə) qonaqlara öz minnətdarlığını bildirdi.

Tədbirdə çıxış edən natiqlərin vətənpərvər çıxışlar tədbir iştirakçıları tərəfindən çoşquyla qaraşılandı.

Tədbirin sonunda Azərbaycan nümayəndə heyəti tərəfindən Eskişəhir İcra Hakiminə və Sancaqtəpə bələdiyyə sədrinə Azərbaycanı təsvir edən müxtəlif hədiyyələr təqdim edildi.

Azərbaycanın istedadlı müğənnisi Elnur Zeynalov və musiqi ansanbılı Azərbaycan muğamlarını, Qarabağı vəsv edən mahnıları ifa etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm