SOCAR-ın obyektində bomba həyəcanı
Bizi izləyin

Qırmızı.az

SOCAR-ın obyektində bomba həyəcanı

SOCAR-ın obyektində bomba həyəcanı

Polis hadisə yerini 5 saat müddətində mühasirədə saxlayıb.

Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhər sakini Hüseyn Hüseynova məxsus “Mercedes” markalı avtomobildə bomba quraşdırıldığı aşkar olunub.

AzərTac xəbər verir ki, maşın sahibi aptekdən dərman alıb qayıtdıqdan sonra avtomobildə şübhəli əşya görüb polisə məlumat verib.

Hadisə yerini polis təxminən 5 saat müddətində mühasirədə saxlayıb və hərəkət dayanıb. Aşkar olunmuş bombanın zərərsizləşdirildiyi bildirilir.

Həmin ərazidə SOCAR-ın yanacaqdoldurma stansiyası, “Çay evi”, supermarket, rayon polis idarəsi və digər mühüm obyektlər yerləşir.

Hələlik hadisə barədə ətraflı məlumat verilməsə də cinayət işi açılıb və araşdırma aparılır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm