İki kollec direktoru vəzifəsindən azad edildi
Bizi izləyin

Qırmızı.az

İki kollec direktoru vəzifəsindən azad edildi

Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Tənzilə Şıxıyeva və Şuşa Musiqi Kollecinin direktoru Eldar Əliyev tutduqları vəzifədən azad ediliblər.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, Tənzilə Şıxıyeva və Eldar Əliyev çalışmanın yaş həddi ilə bağlı öz ərizələrinə əsasən tutduqları vəzifədən azad ediliblər.

Hər iki kollec direktoruna “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim olunub.

Prezidentin Sərəncamları ilə Tənzilə Şıxıyeva 2005-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib, 2011-ci ildə “Əməkdar müəllim” fəxri adı alıb. Eldar Əliyev isə 2008-ci ildə “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm