Əsərlərin orijinallığını müasir sistemlər yoxlayacaq
Bizi izləyin

Qırmızı.az

Əsərlərin orijinallığını müasir sistemlər yoxlayacaq

Müəllif Hüquqları Agentliyi nəzdində yaradılmış Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində (HTM) monitorinq, lisenziyalaşdırma və rəqəmli hüquqların idarəçiliyi sisteminin yaradılması üzrə işlər tamamlanma mərhələsinə çatdırılıb. İnteraktiv Tədris Mərkəzi fəaliyyətə başlayıb.

Publika.az-ın məlumatına görə, bu sözləri Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

Onun sözlərinə görə, HTM-nin əsas vəzifə və funksiyaları səlahiyyətləri daxilində əqli mülkiyyət hüquqlarının təminatı ilə bağlı tədbirlər görmək, rəqəmli şəbəkələrdə hüquqların idarəçiliyini təşkil etmək, həmçinin əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasında və əqli mülkiyyət sahəsində araşdırmaların aparılmasında iştirak etməkdən ibarətdir.

Agentlikdə müəllif-hüquq obyektlərinin nüsxələrinə yapışdırılan nəzarət markalarının fərdiləşdirilməsi üzrə elektron sistem yaradılıb, nəzarət markası yapışdırılan nüsxələrin Smart tipli mobil telefon vasitəsi ilə orijinallığını müəyyən edən “Track & Trace” sistemi quraşdırılıb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm