Azərbaycan ermənilərdən YUNESKO-ya şikayət etdi
Bizi izləyin

Qırmızı.az

Azərbaycan ermənilərdən YUNESKO-ya şikayət etdi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Müəllif Hüquqları Agentliyi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə 26 aprel Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə "Azərbaycan 2020:Gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf" mövzusunda konfrans keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran Imanov qeyd edib ki, 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun qəbul edilməsilə Azərbaycanın əqli mülkiyyət sahəsi üzrə qanunvericilik bazasının yaradılmasında yeni mərhələ ilə başlanıb.

"Son illər müəllif-hüquq sahəsi üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi prosesi uğurla davam etdirilib, 2012-ci ildə qəbul olunmuş “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun tətbiqi ilə əlaqədar Agentliyin təklifləri əsasında İnzibati Xətalar, Cinayət və Cinayət Prosessual Məcəllələrinə, “Nəşriyyat işi haqqında” Qanuna və Agentliyin Əsasnaməsinə müvafiq dəyişikliklər edilib, müəllif-hüquq pozuntularına dair sanksiyalar sərtləşdirilib, həmin Qanunun icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti 2013-2014-cü illərdə 5 yeni qərar qəbul edib".

“Beynəlxalq Abidələr və Tarixi Yerlər günü”nə həsr olunmuş “İçərişəhərin dünya əhəmiyyətli abidələri” mövzusunda konfransda Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov “Xunsar-Günzar (Qız Qalası) – Günəş-Asərə həsr olunmuş Ümumqafqaz fenomeni” adlı prezentasiyasında mövzunun mahiyyəti ilə yanaşı, həmin dövrə və abidəyə aid erməni saxtakarlıqlarını elmi tarixi faktlarla ifşa edib.

Erməni saxtakarlıqlarını ifşa edən “Erməni yadelli nağılları” (müəllif Kamran İmanov) kitabı və “Gəldim, gördüm..., mənimsədim” kitabçası il ərzində keçirilmiş tədbirlərdə Azərbaycan, rus, ingilis və fransız dillərində xarici qonaqlara, nümayəndələrə və tədbirlər zamanı tədbir iştirakçılarına paylanıb. Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin köməyi ilə yayılıb, elektron versiyası müxtəlif informasiya agentliklərinin saytlarında yerləşdirilib. İnformasiya agentlikləri, yayım kanalları və digər KİV-lər vasitəsi ilə erməni iddialarını ifşa edən çoxsaylı materiallar yayılıb, folklor nümunələrimizin və müəllif əsərlərimizin ermənilər tərəfindən oğurlanması faktları barədə ÜƏMT-yə, YUNESKO-ya və digər beynəlxalq təşkilatlara məlumat və etiraz məktubları göndərilib. Bundan başqa, erməni uydurmalarının ifşasına həsr edilmiş “Erməni tarixi uydurmalarının tarixinə giriş” adlı daha bir kitab (müəllif Kamran İmanov) çapa hazırlanıb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm