Qırmızı.az
Avropa Məhkəməsində Azərbaycanı kim təmsil edəcək?
Azərbaycanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsində (AİHM) təmsil edən hakim vəzifəsinə irəli sürülən namizədlərin adları açıqlanıb.
Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan hökuməti ölkəni təmsil edəcək hakim vəzifəsinə üç namizəd irəli sürüb.
Namizədlər Aygun Abdullayeva, Vüsalə Baxışova və Çingiz Əsgərovdur.
1967-ci il təvəllüdlü Aygun Abdullayeva Bakı Apellyasiya Məhkəməsinin hakimidir.
1979-cu ildə anadan olan Vüsalə Baxışova 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimidir.
1973-cü il təvəllüdlü Çingiz Əsgərov Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri və 2003-cü ildən Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsində daimi nümayəndəsidir.
Azərbaycanın Avropa Məhkəməsindəki hazırkı hakimi Xanlar Hacıyevin səlahiyyət müddəti 2015-ci ilin oktyabr ayının 31-də başa çatır.
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!