“Khazar İslands” Azərbaycanın iqtisadi inkişafının göstəricisidir” - Mərakeş səfiri – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Khazar İslands” Azərbaycanın iqtisadi inkişafının göstəricisidir” - Mərakeş səfiri – FOTOLAR

“Avesta Concern”in həyata keçirdiyi “Khazar İslands” şəhər-kompleksinin Azərbaycanda qeyri-neft sektorunda ən cəlbedici layihə olduğunu diplomatlar da təsdiq edir və bu onların əraziyə mütəmadi xarakter alan səfərinin səbəbidir.

Publika.az-ın məlumatına görə, Mərakeş Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Haminin şəhər-kompleksinin salındığı əraziyə səfəri də layihəyə diplomatlar arasında olan marağın nəticəsidir.

Səfir Həsən Hamini qəbul edən “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli hörmətli qonağa ilk olaraq rəhbərlik etdiyi şirkət və onun Azərbaycanın müxtəlif bölgələrində bu günə kimi həyata keçirdiyi layihələr haqqında məlumat verib.

Səfir Həsən Hami “Khazar İslands” layihəsinin necə yarandığı ilə maraqlanıb.

Hacı İbrahim Nehrəmli isə bu şəhərin ideyasının yaranmasından bu günə kimi görülən inşaat işləri haqqında geniş məlumat verib.

Səfir Həsən Hami “Khazar İslands” layihəsi haqqında məlumatlı olduğunu, ancaq şəhər-kompleksin inşası istiqamətində bu qədər işin həyata keçirildiyini təsəvvür etmədiyini, gördüklərinin onda dərin təəssürat hissi yaratdığını qeyd edib.

Belə böyük layihəyə imza atdığı üçün Hacı İbrahim Nehrəmlini təbrik edən səfir Həsən Hami “Khazar İslands”ın Azərbaycanın iqtisadi inkişafının göstəricisi olduğunu bildirib.

O, qısa müddətdə ölkəmizin böyük uğurlar qazandığını deyib. Bu layihənin Azərbaycanın iqtisadi inkişafına bundan sonra yeni töhfələr verəcəyini qeyd edən səfir xüsusilə də turizmin inkişafına güclü təkan ola biləcəyini vurğulayıb.

Mərakeşlə Azərbaycanı birləşdirən ümumi dəyərlərin mövcudluğunu və bunun iqtisadi əməkdaşlığa geniş imkan verdiyini qeyd edən Hacı İbrahim Nehrəmli səfir Həsən Hamiyə Mərakeşə edəcəyi səfər haqqında da məlumat verib.

“Avesta Concern”in prezidenti qeyd edib ki, səfər zamanı rəsmi şəxslərlə və iş dünyasının nümayəndələri ilə çoxsaylı görüşlər nəzərdə tutulub.

Səfir Həsən Hami Hacı İbrahim Nehrəmlinin bu səfərinin iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə inandığını vurğulayıb və öz növbəsində bu əlaqələrin inkişafı üçün əlindən gələni edəcəyini vəd edib.

“Khazar İslands”ın fəxri qonaqlar kitabına ürək sözlərini yazan səfir Həsən Hami layihənin həyata keçirilməsində “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmliyə uğurlar arzu edib və şəhər-kompleksin həyata keçirildiyi əraziyə yenidən səfər edəcəyini bildirib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm