• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Sürücülərə xoş xəbər - iki küçə istifadəyə verilir

Sürücülərə xoş xəbər - iki küçə istifadəyə verilir

Paytaxtda təmirdən sonra daha iki küçə sürücülərin ixtiyarına verilir. Ceyhun Hacıbəyli və Şəmsi Rəhimov küçələrində artıq son tamamlanma işləri həyata keçirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata əsasən, Ceyhun Hacıbəyli küçəsinin Məmməd Araz küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində, eyni zamanda Şəmsi Rəhimov küçəsinin Məmməd Araz küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənib, zəruri olan yerlərdə səki daşları yenilənib, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya quyularının dəmir-beton plitələri və baxış qapaqları dəyişdirilib. Bundan əlavə küşənin Həsən Əliyev küçəsi ələ kəsişməsində mövcud olan dairə yenilənib.

Bu gün hər iki küçədə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri həyata keçiriləcək. İşlər bitəndən sonra küçələr tam olaraq sürücülərin ixtiyarına veriləcək.

Qeyd edək ki, hər iki küçənin uzunluğu 550 metr, eni isə 9.5 metrdir.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR