İmtahanın nəticələri TQDK-nın “Facebook” səhifəsində açıqlanacaq
Bizi izləyin

Qırmızı.az

İmtahanın nəticələri TQDK-nın “Facebook” səhifəsində açıqlanacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası martın 2-də ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirilib. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır.

Publika.Az-ın verdiyi məlumata görə, bu barədə TQDK-nın mətbuat xidməti məlumat yayıb.

İmtahan Bakı, Naxçıvan, Gəncə, Lənkəran şəhərləri ilə yanaşı, ilk dəfə olaraq Mingəçevir və Şəki şəhərlərində keçirilib. İmtahanın aparılması üçün 39 imtahan mərkəzi ayrılmışdır. Bütün mərkəzlərdə imtahan eyni vaxtda – saat 13:00-da başlanmış və 2 saat 30 dəqiqə davam edib.

İmtahanın idarə olunması üçün operativ qərargah fəaliyyət göstərmiş, bütün mərkəzlərdə imtahan təlimata uyğun aparılmış, iştirakçıların öz biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Nəticələrin yaxın iki gün ərzində elan olunması nəzərdə tutulur. Qeyd edək ki, bakalavrlar imtahanın nəticələrinə dair ilk məlumatları TQDK-nın facebook səhifəsindən öyrənə biləcəklər.

İmtahanın birinci mərhələsinin məzmunu ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya komissiyası yaradılıb.

Bakalavrlar Apelyasiya komissiyasına 3 - 5 mart 2014-cü il tarixlərində saat 10:00 dan 17.00 dək şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm