Növbəti əməliyyat xətası – Burnunu düzəltdirirdi, gözünü itirdi
Bizi izləyin

Qırmızı.az

Növbəti əməliyyat xətası – Burnunu düzəltdirirdi, gözünü itirdi

Ərzurumda yerləşən Atatürk Universiteti Tibb Fakültəsi Araşdırma Xəstəxanasında plastik burun qırığı əməliyyatı zamanı xəstə görmə qabiliyyətini itirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı Furqan Karanın keçirdiyi əməliyyat zamanı sol gözünün arxasında yığılan qanın optik sinirlərə etdiyi təzyiq nəticəsində görmə qişası zədələnib.

Xəstənin ailəsi artıq hadisə ilə bağlı məhkəməyə müraciət edib. Xəstəxana rəhbərliyi mövzu ilə bağlı şərh verməsə də, həkimlər əməliyyatlarda bəzən bu cür fəsadların meydana gəldiyini deyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm