
“İctimai öhdəliklər” layihəsi çərçivəsində qeyri-adi
video çarx hazırlanaraq sosial şəbəkələrdə
paylaşılıb.
“Həqiqi kişilər təcavüz etməzlər” adlı kampaniyaya aid video
çarxda yataq otağında qız və onun sevgilisi əks olunub.
Cütlük burada alkoqollu içki qəbul edir və bir müddət sonra qız
sərxoş olaraq yuxuya gedir.
Yerindən qalxan oğlan kameraya yaxınlaşaraq, “O çox içdi və indi
tamamilə gücsüzdür. Baxın görün indi nə baş verəcək”, –
deyir.
Qızın yanına gedərək onun üstünü örtən oğlan bir daha kameraya
yaxınlaşır və kampaniyanın şüarını səsləndirir: “Həqiqi kişi
təcavüz etməz”. (ans)