AMEA-da yeni təyinat
Bizi izləyin

Qırmızı.az

AMEA-da yeni təyinat

AMEA-da yeni təyinat

Azərbaycan Milli Elmlər Akademiyasında yeni təyinat olub.

AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən İnterAz-a verilən məlumata görə, Akademiyanın İşlər İdarəsi tərəfindən həyata keçirilən bir sıra işlər, AMEA-nın balansında olan daşınmaz əmlakın uçotu və sənədləşdirilməsi, elmi işçilərin sosial-məişət məsələlərinin həlli ümumilikdə idarənin işinin artmasına səbəb olub.

Bununla əlaqədar olaraq AMEA Rəyasət Heyətinin 31 yanvar 2014-cü il tarixli sərəncamı ilə AMEA Rəyasət Heyəti Mərkəzi aparatının ştat cədvəlinə bir ştat vahidi – AMEA İşlər idarəsinin müdir müavini vəzifəsi əlavə edilib. AMEA Rəyasət Heyətinin qərarı ilə İşlər İdarəsinin baş mütəxəssisi Sərdar Əli oğlu Əliyev idarənin müdir müavini vəzifəsinə təsdiq olunub.

Qeyd edək ki, S. Əliyev 2 fevral 1955-ci ildə anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm