Bu yollarda tıxac var
Bizi izləyin

Qırmızı.az

Bu yollarda tıxac var

İş həftəsi yenə tıxaclarla başladı.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, hazırda Bakı-Sumqayıt və Binəqədi şosesindən üzü şəhər istiqamətində, Həsən Əliyev küçəsi – TQDK-nın qarşısı, Heydər Əliyev prospekti - əsas yoldan üzü şəhər istiqamətində, Y. Səfərov küçəsi Neftçilər xəstəxanasının qarşısına doğru avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Bundan əlavə, Əziz Əliyev, İstiqlaliyyət, Şeyx Şamil, M. Hüseyn, A. Cəlilov küçələrində, Ş.İ. Xətai prospektindən Təhsil Nazirliyinə doğru və K. Rəhimov küçəsindən prezident iqamətgahı istiqamətində tıxac var.

NİİM-dən verilən məlumata görə, səhər saatlarında Q. Qarayev küçəsində tıxac olduğundan yol qısa müddətə bağlanıb, daha sonra tənzimlənib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm