• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Elmlər Akademiyası”nın qarşısındakı yol açılır – FOTO

“Elmlər Akademiyası”nın qarşısındakı yol açılır – FOTO

Paytaxtın daha iki küçəsində aparılan təmir-tikinti işləri yaxın günlərdə yekunlaşacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ACS-dən Publika.az-a verilən məlumata görə, Yasamal rayonu Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən 1.7 kilometrlik ərazisində təmir işləri davam etdirilir. Sözügedən ərazidə köhnə asfalt-beton qatının üst hissəsi frez maşını ilə qaşınaraq ərazidən daşınıb, yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Yol boyu səki daşlarının yenilənməsi işlərinə də başlanılıb. Zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulur, yeni yağış barmaqlıqları yerləşdirilir, kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılır və baxış qapaqları dəyişdirilir.

Yasamal rayonu Bəxtiyar Vahabzadə küçəsində də nəqliyat vasitələrinin rahat və maneəsiz hərəkətləri üçün kompleks tədbirlər həyata keçirilir. Ümumi uzunluğu 820 metr olan küçənin 3200 kvadrat metr sahəsində əsaslı təmir-tikinti işləri aparılır, 7800 kvadrat metr sahədə isə orta təmir işləri həyata keçirilir. Küçə boyu səki daşlarının 80 faizi yenisi ilə əvəzlənir. Zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulur, yeni yağış barmaqlıqları yerləşdirilir, kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılır və baxış qapaqları dəyişdirilir. Metronun Elmlər Akademiyası stansiyasının Bakı Dövlət Universitetinin qarşısındakı yeni çıxışlarının ətrafinda qazma və dolğu işləri asfaltın alt layına qədər təmin olunub.

Şəfayət Mehdiyev və Bəxtiyar Vahabzadə küçələrində aparılan kompleks tədbirlərin vaxtında yekunlaşdırılması üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin lazımi sayda texnika və canlı qüvvəsi səfərbər olunub.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR