Nepalda azyaşlı azərbaycanlı xəsarət alıb – XİN
Bizi izləyin

Qırmızı.az

Nepalda azyaşlı azərbaycanlı xəsarət alıb – XİN

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepalda baş verən zəlzələ nəticəsində xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması məsələsinə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, XİN-nin təlimatı əsasında Azərbaycan Respublikasının Hindistandakı Səfirliyi Nepalda baş vermiş təbii fəlakət ilə əlaqədar Nepaldakı Azərbaycan vətəndaşları ilə təmasları davam etdirir:

“İlkin məlumata əsasən, Nepalda 6-sı uşaq olmaqla, 14 Azərbaycan vətəndaşı arasında zəlzələ nəticəsində ciddi xəsarət halı qeydə alınmayıb. Azyaşlı uşaqlardan biri yüngül sıyrıq xəsarəti alıb və hal-hazırda vəziyyəti yaxşıdır. Akkreditasiya dairəsinə Nepalın da daxil olduğu Azərbaycanın Hindistandakı Səfirliyi vəziyyəti diqqətdə saxlayır".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm