Üç gün qaldı...
Bizi izləyin

Qırmızı.az

Üç gün qaldı...

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün (I, II, III və IV ixtisas qrupları üzrə) ərizələrin qəbulu davam edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, aprelin 27-si saat 11:40-a olan məlumata görə, 71550 abituriyent öz elektron ərizəsini dolduraraq təsdiqini təmin edib. 6457 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsə də, həmin ərizələr təsdiq olunmayıb.

TQDK bəyan edir ki, ərizələri təsdiq olunmayan, həmçinin ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq. Həmin abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün aprelin 30-dək bu prosesi yekunlaşdırmalıdırlar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm