Coğrafiya İnstitutuna yeni direktor vəzifəsinə namizəd müəyyənləşdi
Bizi izləyin

Qırmızı.az

Coğrafiya İnstitutuna yeni direktor vəzifəsinə namizəd müəyyənləşdi

AMEA-nın Coğrafiya İnstitutunda direktor vəzifəsi xeyli vaxtdır ki, boş qalır. Buna görə də AMEA Rəyasət Heyəti vakant yerə direktor seçkilərinin keçirilməsi haqqında sərəncam verib.

İnstitutdan Publika.Az-a verilən məlumata görə, qurumun özündə AMEA-nın müxbir üzvü, texnika elmlər doktoru, professor Ramiz Məmmədovun direktoru vəzifəsinə namizədliyini irəli sürüb. R. Məmmədovun beynəlxalq miqyasda Xəzər dənizinin tədqiqatları üzrə tanınmış alim olması, 250-yə qədər elmi məqalənin, 9 monoqrafiyanın, coğrafi atlasın və 20-yə qədər beynəlxalq elmi layihənin müəlifi kimi dünyanın ən nüfuzlu jurnallarında və nəşriyyatlarında çap olunması AMEA rəhbərliyinə diqqətinə çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm