• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Tarixi abidələr üçün lövhə və pasportlar hazırlanır - AÇIQLAMA

Tarixi abidələr üçün lövhə və pasportlar hazırlanır - AÇIQLAMA

“Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar tarixi abidələrin müvafiq mühafizə yerlərinin müəyyən edilməsi, pasportların, veb-saytların hazırlanması işlərinə başlanılıb”.

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Arif Əliyev Publika.az-a açıqlamasında bildirib ki, respublikamızda mövcud olan bütün tarixi, mədəni abidələrin mühafizə zolaqları yaradılacaq: “Hazırda bu iş davam etdirilir. Ölkəmizdə xeyli sayda tarixi, mədəni abidə var. Təkcə respublikamızın paytaxtında 1956 abidə mövcuddur. Abidələrin hamısının üzərinə xüsusi lövhələr vurulacaq. Lövhələr məlumat və abidənin mühafizəsini əks etdirən bildirişlərdən ibarət olacaq. Lövhələrin Azərbaycan və ingilis dillərində olması planlaşdırılır. Yaxın illər ərzində həm Azərbaycan vətəndaşları, həm də ölkəmizə gələn əcnəbilər abidələrimizin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafını hiss edəcəklər”.

Qeyd edək ki, təkcə bir abidə üçün lövhənin hazırlanması orta hesabla təxminən 200 manata başa gəlir.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR