Bakı Bulvarı Avropa Oyunlarına hazırlaşır
Bizi izləyin

Qırmızı.az

Bakı Bulvarı Avropa Oyunlarına hazırlaşır

Birinci Avropa Oyunlarına 50 gündən də az qalıb. Ölkədə bütün sahələrdə oyunlara ciddi hazırlıqlar aparılır. Artıq bəzi qurumlarda işlər yekunlaşdırılıb. Avropa Oyunları ilə əlaqədar Bulvar ərazisində yeniliklər olacaq. Dənizkənarı Bulvar ərazisi genişləndiriləcək, bütün ərazi wi-fi-la təmin ediləcək.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Publika.az-a açıqlamasında ilk yeniliyin ərazinin genişləndirilməsi ilə əlaqədar olduğunu deyib.

“Bulvarın iki yeni hissəsi istifadəyə veriləcək. Ərazi hər iki istiqamətdə 3 kilometr uzanacaq. Bulvar Dəniz Vağzalından Nobel prospektinə qədər, Bayraq Meydanından 20-ci dairə istiqamətində genişlənəcək. Hazırda ərazidə son təmir-tikinti işləri aparılır. İşıqlandırma sistemləri qurulur. Artıq İdman Sarayından Bayraq Meydanına qədər olan genişlənmiş 2 km ərazisi Bulvar İdarəsinə verilib. Bütün Bulvar ərazisində qatarların hərəkəti nəzərdə tutulur”.

N.Məcidov bildirib ki, dəniz gəzintisinin də marşrutu daha geniş ərazini əhatə edəcək. Bundan başqa, bulvar ərazisində gəmi gəzintisi çoxaldılacaq. Ərazidə 3 yerdə gəmi gəzintisi təşkil olunacaq. Bundan əlavə, “Yaxt Klub”da da dəniz gəzintisi təşkil olunacaq.

“Hazırda gəmilər “Kristal Holl”a qədər hərəkət edir. Lakin bundan sonra daha geniş ərazini əhatə edəcək ki, insanlar bütün bulvar ərazisini seyr edə bilsinlər. Bu gəzintilər üçün əlavə gəmilərin alınması nəzərdə tutulmur. Üç gəmimiz var, onlar kifayət edir”.

Bundan başqa, “Evrovision” yarışması ərəfəsində olduğu kimi, Bulvar ərazisinin tam wi-fi-la təmin edilməsi, burada işləyənlərin xarici dildə danışması, post-terminalların sayının artırılması istiqamətində işlər daha da gücləndiriləcək:

“Hazırda obyektlərdə əksəriyyətində wi-fi , post-terminallar quraşdırılıb, lakin onların sayı daha da artırılacaq. Həmçinin əməkdaşların xarici dil bilgilərinin artırılması üçün də işlər aparılır”- deyə N.Məcidov bildirib.

N.Məcidov bildirib ki, bütün işlərin mayın sonunadək başa çatdırılması planlaşdırılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm