Bakıda 22 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Bakıda 22 dərəcə isti olacaq

Yaxın iki gün ərzində Abşeron yarımadasında meteohəssas insanlar üçün əlverişli olan komfort hava şəraiti gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, aprelin 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Axşam bəzi yerlərdə zəif olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 8-13, gündüz 15-20, bəzi yerlərdə 22 dərəcə isti olacağı gözlənilir.

Aprelin 29-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, qərb rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, bəzi yerlərdə 26 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcə dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm