DİQQƏT: Azərbaycanda bu dərmana qadağa qoyuldu
Bizi izləyin

Qırmızı.az

DİQQƏT: Azərbaycanda bu dərmana qadağa qoyuldu

Azərbaycan Səhiyyə Nazirliyi "AzərFarm Ltd" şirkətinin istehsal etdiyi kalsium xlorid 5% 100 ml dərman vasitəsinin satışına və istifadəsinə qadağa qoyub.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib.

O qeyd edib ki, "AzərFarm Ltd" şirkəti tərəfindən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə daxil olan məktubda şirkətin istehsal etdiyi 036 seriyalı istifadə müddəti 01.2017-ci il olan kalsium xlorid 5% 100 ml məhlul dərman vasitəsinin istehsalı zamanı bəzi texniki problemlərin olması ilə bağlı məlumat daxil olub: “Bu seriyanın satışının dayandırılması və 036 seriyalı kalsium xlorid 5% 100 ml məhlul dərman vasitəsinin aptek şəbəkəsindən geri qaytarılmasına köməklik göstərilməsi barədə bizə müraciət olunub. Nazirlik də həmin məlumat əsasında kalsium xlorid 5% 100 ml dərman vasitəsinin satışına və istifadəsinə müvafiq araşdırma aparılana qədər qadağa qoyub. Hazırda həmin dərman preparatı əczaçılıq şəbəkəsindən tamamilə yığılıb”.

A.Qədirli 5%-li kalsium xlorid məhlulunun istifadəsi zamanı baş verən hər hansı neqativ halların da əsassız olduğunu bildirib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm