Zakir Qaralov yenidən baş prokuror təyin olundu
Bizi izləyin

Qırmızı.az

Zakir Qaralov yenidən baş prokuror təyin olundu

Milli Məclisin bu gün keçirilən plenar iclasında səlahiyyət müddəti başa çatan Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun yenidən bu vəzifəyə təyin olunması ilə bağlı məsələyə baxılıb.

Publika.az-ın məlumatına görə, Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə yenidən bu vəzifəyə təyin olunması təklifini dəstəkləyib. Milli Məclisin sədri Oqtay Əsədov da deyib ki, Zakir Qaralov bundan öncəki fəaliyyətini uğurla yerinə yetirib. Daha sonra Zakir Qaralov yenidən bu vəzifəyə təyin olunub. Baş prokuror Zakir Qaralov Azərbaycan Prezidenti İlham Əliyevin ona göstərdiyi etimada görə təşəkkürünü bildirib:

“Azərbaycan prezidentinə dərin minnətdarlığımı bildirirəm. Mən bu etimadı prokurorluq orqanlarına böyük etimad kimi qiymətləndirirəm. Burada prokurorluğun fəaliyyəti haqqında yüksək fikirlər söylənildi. Bizə göstərilən bu cür etimadı bundan sonra da yüksək səviyyədə yerinə yetirməyə çalışacağıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm